29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

15 erməni əsgər Azərbaycanla sərhəddə yanıb – Foto

19.01.2023

Xəbər verdiyimiz kimi, bu gecə, saat 01:30 radələrində Ermənistanın Göyçə mahalının Azad kəndi yaxınlığında yerləşən hərbi hissələrindən birində yanğın baş verib, nəticədə 15 əsgər ölüb, 3-ü yanıq xəsarətləri alıb.

"DM" xəbər verir ki, yanğının Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Azad kəndi ərazisində yerləşən mühəndis-istehkamçı rotasının sığınacağında olduğu bildirilir.

Yanğın baş verən hərbi hissə Azərbaycan sərhədinə yaxın ərazidə yerləşir.

Yanğının hansı səbəbdən baş verdiyi haqda heç bir məlumat yoxdur.