03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güney Azərbaycanda 5,4 ballıq zəlzələ olub

18.01.2023

Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

"DM" xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutuna bağlı Milli Seysmoloji Mərkəzdən məlumat verilib.

"Bu gün, 18 yanvar saat 13:38:12 radələrində Qərbi Azərbaycan əyalətinin Xoy şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,4 bal gücündə baş verib. Zəlzələnin dəqiq yeri 44,58 dərəcə uzunluq, 38,58 dərəcə enlik və 10 kilometr dərinlikdə qeydə alınıb” - məlumatda deyilir.

Həmçinin bu gün saat 13:19 radələrində eyni ərazidə 3,6 bal gücündə daha bir zəlzələ baş verib.

Bu zəlzələnin dağıntıları barədə hələlik məlumat yoxdur.