Bu şəxslər Xankəndi yolundakı aksiyanı işıqlandırmaq üçün gəliblər  
    
                          
     
                         18.01.2023
 
    
                        Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
"DM" xəbər verir ki, toplanış yerinə xarici media orqanının əməkdaşı və tanınmış bloqer gəlib.
Belə ki, kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloqer Tamuna Mumladze (Tako) aksiyanın keçirilmə səbəbləri baradə məlumatlandırılıb.
Onlar hazırda toplanış yerindən çəkilişlər edirlər, etirazçılar ekologiyanı qorumağa çağıran şüarlar səsləndirirlər.