09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İndoneziyada qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb

29.10.2018

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilibki, İndoneziyada qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.
Xatırladaq ki, təyyarə Yava adasının qərb sahillərində qəzaya uğrayıb. Layner Cakarta aeroportundan havaya qalxandan təqribən 10 dəqiqə sonra radardan itib.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, hava gəmisinin məxsus olduğu "Lion Air" aviaşirkətinin məlumatına əsasən, göyərtədə 181 sərnişin, iki pilot və 6 ekipaj üzvü olub. İndoneziyanın Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə Milli Agentlikdən verilən məlumata görə, İndoneziya sahillərində qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsində sağ qalan yoxdur.