29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynalı jurnalistlər Füzuliyə gediblər

18.01.2023

Bu gün bir qrup ukraynalı jurnalist işğaldan azad edilmiş Füzuli şəhərinə səfər edib.

"DM" xəbər verir ki, Ukraynanın "1+1” və "5-ci kanal” telekanallarının, UNİAN informasiya agentliyinin, "Ukraina seyças” və "Tretya sila” internet nəşrlərinin əməkdaşları Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.

Jurnalistlərə işğal dövründə erməni terroru nəticəsində Füzuli rayonunun 105 min əhalisinin pərən-pərən düşdüyü, digər işğaldan azad olunmuş rayonlar kimi Füzulidə də yararlı bina qalmadığı, ictimai binalar, evlər, zavodlar, fabriklər, məktəblər, uşaq bağçalarının yerlə-yeksan edildiyi, bu vəhşiliklərlə Ermənistanın özünün əsl simasını göstərdiyi haqda ətraflı məlumat verilib.

Səfər çərçivəsində Füzulidə tikilmiş Beynəlxalq Hava Limanı ilə tanış olan jurnalistlər qısa zaman ərzində görülən quruculuq işlərindən heyrətləndiklərini bildiriblər.

Ukraynalı media nümayəndələrinə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, o cümlədən Füzulinin yenidən bərpa olunacağı və bu torpaqlara yenidən həyat qayıdacağı barədə məlumat verilib.