29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran və Rusiya Rəşt-Astara dəmir yolu ilə bağlı razılığa gəlib

18.01.2023

İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə sərmayə qoyulması haqqında razılıq əldə edib.

"DM"xəbər verir ki, Rusiyanın sərmayəsi ilə dəmir yolu layihəsinin Şimal-Cənub Dəhlizinin çatışmayan halqası kimi 3 il ərzində tikintisi nəzərdə tutulur ki, bu da verilən proqnozdan bir il azdır.

Razılaşmaya əsasən, iranlı podratçılar dəmir yolu xəttinin infrastrukturunu tam şəkildə həyata keçirəcəklər.

Bu gün Vladimir Putinin xüsusi köməkçisinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin rəsmiləri ilə birlikdə Rəşt-Astara dəmir yolu xəttinə baş çəkəcək.