29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İş adamı öz adını verdiyi şadlıq evində ölüb

18.01.2023

Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qızılqaya qəsəbəsində yerləşən "Münasib” şadlıq sarayında oranın müdiri, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. 

Münasib Məmmədov biznes fəaliyyətinə Rusiyada başlayıb və həmin ölkənin vətəndaşı olub. O, daha sonra biznesini Azərbaycanda davam etdirib və şadlıq sarayı tikdirərək ona öz adını verib. 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.