Bu ölkədə 7 bal gücündə zəlzələ baş verib 
    
                          
     
                         18.01.2023
 
    
                        İndoneziyada Molukka dənizində 7 bal gücündə zəlzələ baş verib.
"DM" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanın ocağı 48 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.