28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Volodin: İki ölkə dünya müharibəsi planlaşdırıb

18.01.2023

Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksey Danilovun Kiyev rejiminin "xüsusi əməliyyat” başlamazdan əvvəl Rusiya ilə münaqişəyə hazırlaşdığı barədə açıqlamaları hərbi tribunal üçün sübut olmalıdır.

"DM" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, Danilovun bəyanatı Fransa və Almaniyanın keçmiş liderləri Fransua Olland və Angela Merkelin Rusiya ilə Minsk razılaşmaları barədə etiraflarını tamamlayır:

"Onlar Donbas sakinləri olan rusların təhlükəsizliyini qorunmaq üçün əməliyyata ehtiyac olduğunu təsdiqləyiblər.

Kiyev rəsmisi, Almaniya və Fransanın keçmiş liderlərinin etirafları beynəlxalq hərbi tribunal üçün sübut kimi istifadə olunmalıdır. Bu liderlər proqnozlaşdırıla bilən nəticələrlə dünya müharibəsi başlatmağı planlaşdırırdılar. Və etdikləri cinayətlərə görə cəzalandırılmalıdırlar”, - Volodin bildirib.