27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyanın arvadının qızıllarını oğurlayan şəxslər saxlanılıb

18.01.2023

Ermənistan Milli Təhlükəsizlik Xidməti 2020-ci ilin noyabrında kütləvi iğtişaşlarda iştirak edən daha 2 nəfəri saxlayıb.

"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, cinayət işi A.B. və T.P. adlı Ermənistan vətəndaşlarına qarşı açılıb.

İstintaqın məlumatına görə, A.B. hazırkı XİN başçısı, o zamankı parlament spikeri Ararat Mirzoyanın döyülməsində iştirak edib.

T.P isə iğtişaşlarda iştirakla yanaşı, Baş nazirin iqamətgahında hökumət rəhbəri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus və 9,8 min dollar dəyərində zinət əşyalarını oğurlayıb.

Xatırladaq ki, İrəvanda 2020-ci il noyabrın 10-na keçən gecə Qarabağla bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanat imzalaması xəbərindən sonra kütləvi iğtişaşlar baş verib.