28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski Arestoviçin istefasını qəbul edib

17.01.2023

Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Ofisinin müşaviri Aleksey Arestoviçin istefasını qəbul edib.

Bu barədə V.Zelenskinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, yanvarın 15-də axşam A.Arestoviç "Feigin Live” yutub kanalının efirində Dneprdə yaşayış binasının bir hissəsini dağıdan raketin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və nəticədə çoxmərtəbəli binanın üzərinə düşərək partladığını bildirmişdi.

Rusiya onun bu səhv açıqlamasından Ukraynaya qarşı istifadə edib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Dneprdəki vəziyyəti şərh edərkən A.Aretoviçin sözlərindən sitat gətirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı A.Arestoviçin sözlərini tez bir zamanda təkzib edərək bildirib ki, Rusiyanın atdığı "X-22” raketlərini vurmaq üçün Ukrayna hərbçilərinin vasitələri yoxdur.