28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan səfiri Bastian van Apeldoorn ilə Laçın yolunu müzakirə edib

17.01.2023

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Krallığın Müdafiə Komitəsinin sədri Bastian van Apeldoorn ilə görüşüb.

"DM" xəbər verir ki, bu barədə səfir Rəhman Mustafayev "Twitter"də yazıb.

Səfir bildirib ki, görüş məhsuldar keçib.

"Senatın Xarici İşlər və Müdafiə Komitəsinin sədri Bastian van Apeldoorn ilə geniş məzmunlu görüş baş tutub. Görüş zamanı Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət, Rusiyanın və Avropa İttifaqının regiondakı rolu, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması, sülh müqaviləsinin perspektivləri, Laçın yolu ətrafındakı vəziyyət barədə söhbət etdik”, o yazıb.