03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İspaniya Ukraynaya "Leopard" tankları göndərməyi planlaşdırmır

17.01.2023

İspaniya hökuməti "Leopard" tanklarını Ukraynaya göndərməyi planlaşdırmır.

"DM" xəbər verir ki, bu barədə İspaniya Krallığının XİN rəhbəri Xose Manuel Albares Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

Nazir qeyd edib ki, İspaniya hökumətinin Ukraynaya "Leopard” tanklarını göndərmək ehtimalı hazırda nəzərdən keçirilmir, lakin İspaniya hökuməti Ukrayna müharibəsinin hər mərhələsində ukraynalılara öz suverenliklərini və ərazilərini qorumaqda dəstək olmaq üçün əlindən gələni edir.

Albares həmçinin onu da əlavə edib ki, yaxın günlərdə Avropa İttifaqı müdafiə nazirlərinin görüşü zamanı mühüm qərarlar qəbul olunacaq. Nazir həm də Avropa İttifaqının Ukraynaya dəstək üçün birləşməsinin tərəfdarı olduğunu və bu birliyin Ukraynada sülhün bərqərar olması üçün ən yaxşı vasitə olmasını vurğulayıb.