02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

17.01.2023

Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi qaydalarına dəyişiklik edilib.

"DM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 9 №-li Qərarına dair İzahda bildirilib.

Qərarda prekursorların illik tələbata uyğunluğu yoxlanıldıqdan sonra ölkəyə buraxılması mexanizmi tənzimlənir.

Bununla bağlı Qərarda prekursorların illik tələbatının təsdiq edilməsi, həmçinin illik tələbatın həcminin dəyişdirilməsi barədə qəbul edilmiş qərarın real vaxt rejimində İqtisadiyyat və Səhiyyə nazirlikləri tərəfindən prekursorların idxalına ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə göndərilməsi barədə müddəalar nəzərdə tutulub.

Həmçinin Qərarda prekursorlara olan illik tələbat barədə müraciətə prekursorların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, mənşəyi və istifadə məqsədinə dair məlumatların əlavə edilməsi ilə bağlı müddəlar əks olunub.