03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÜST: Qripin yayılmasında artım müşahidə olunur

17.01.2023

 "Avropada, o cümlədən Azərbaycanda son bir ay ərzində qrip və digər tənəffüs yolu virusların yayılmasında artım müşahidə olunur”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən xəbər verilib.

Bildirilib ki, həm ilkin tibbi yardım, həm də xəstəxana səviyyələrində xəstələrin sayı da artıb:

"COVID-19 və mövsümi qripin birgə sirkulyasiyası ilə həssas insanların, o cümlədən yaşlıların, immuniteti zəif olan şəxslərin, hamilə qadınların və yeni doğulmuş körpələrin sağlamlığı daha böyük risk altındadır. Biz infeksiyaların qarşısını almaq, həssas insanları qorumaq və səhiyyə sistemimizin çoxsaylı təhlükələrin qarşısını alması üçün səylərimizə davam etməliyik".

ÜST virusun yayılmasının qarşısını almaq üçün əlimizdə olan aşağıdakı vasitələrdən istifadə etməyə çağırır:

• COVID-19 və qripə qarşı peyvənd olunmaq;
• Kütləvi və ya qapalı yerlərdə maska taxmaq;
• Əlləri mütəmadi olaraq təmizləmək;
• Özünüzü pis hiss edirsinizsə, evdə qalmaq;
• Öskürərəkən və ya asqırarkən ağzı salfet və ya bükülmüş dirsəklə örtmək;
• Xüsusilə kütləvi və ictimai yerlərin yaxşı havalandırılmasını təmin etmək.