29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2040-cı ilədək Bakı şəhərinin yeni hədəfləri açıqlanıb

17.01.2023

Bakı şəhərinin yeni Baş planı təsdiq olunub. Şəhərin Baş plan layihəsi 2040-cı ilədək olan dövr üçün nəzərdə tutulub.

"DM" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat yayıb.

Baş plana əsasən, əsas hədəflər aşağıdakılardır:

- Bakı şəhərinin iqtisadiyyatının əsasını təşkil edən formalaşmış ənənəvi sənaye sahələrinin təkmilləşdirilməsi və modernləşdirilməsi;

- İqtisadiyyatın şaxələndirilməsini təmin edəcək yeni sektorların və təsərrüfat fəaliyyəti sahələrinin inkişaf etdirilməsi, post-sənaye dövrünə keçidin təmin edilməsi;

- Baş planın icrası çərçivəsində yaradılacaq yeni iş yerləri üçün tələb olunan ərazi ehtiyatlarının müəyyənləşdirilməsi və məşğulluq potensialının qiymətləndirilməsi;

- Yeni iqtisadi fəaliyyət sahələrinin təşkili və onların yerləşməsinin çoxmərkəzli şəhər inkişafı ilə uyğunlaşdırılması.

Məlumata əsasən, yeni şəhər iqtisadiyyatının mərkəzləri müxtəlif sektorlar üzrə Binəqədi(müasir sənətkarlıq), Lökbatan (ticarət və tədarük mərkəzi), Sabunçu (sirkulyar iqtisadiyyat), Zığ/Hövsan (dənizkənarı rekreasiya mərkəzi), Mərdəkan (eko-bilik və turizm mərkəzi) və Ələtdə (beynəlxalq logistika mərkəzi) olacaq.