29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Finlandiya ilə sərhəddə yeni ordu korpusu yaradır

17.01.2023

Rusiya müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin sayının 1,5 milyon hərbçiyə çatdırılması ilə bağlı iclas keçirib.

"DM" xəbər verir ki, Şoyqu Silahlı Qüvvələrin hərbi qulluqçularının sayının artırılmasının dövlət müdafiə sifarişinə əsasən silah təchizatı və infrastrukturun qurulması ilə sinxronlaşdırılmalı olduğunu söyləyib.

Rusiya MN başçısı Hərbi Dəniz, Hava Kosmik və Strateji Raket Qüvvələrinin döyüş komponentlərinin gücləndirilməsi barədə də göstəriş verib.

Şoyqu həmçinin, Finlandiya ilə həmsərhəd Kareliya Respublikasında ordu korpusunun formalaşdırılması barədə də göstəriş verib.