29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı açıqlanıb

17.01.2023

İşğaldan azad edilmiş ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı açıqlanıb.

"DM”-nın məlumatına görə, Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, Söyüdlü qızıl yatağında 112,5 ton resurs olub.

O qeyd edib ki, Vejnəlidə 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, Dəmirli yatağında 457 min ton mis, Qızılbulaq yatağında 13,7 ton qızıl olub:

"Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb”.