29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakının bu yerlərində metro stansiyaları olacaq

17.01.2023

Metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcəkdir.

"DM" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2040-cı ilədək Bakı şəhərinin Baş Planı haqqında açıqladığı məlumatda qeyd edilib.

Bildirilir ki, "28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq:

"2027-ci ilədək "28 May”-"Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 51-ə çatdırılması nəzərdə tutulur”.