29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çində əhali sayı son 60 ildə rekord həddə azalıb

17.01.2023

Çinin əhalisi 2022-ci ildə ötən illə müqayisədə 850 min nəfər azalıb, bu, son 60 ildə ilk belə azalmadır.

Bu barədə Çin Milli Statistika Bürosunun hesabatında qeyd edilir.

Bildirilir ki, 2022-ci ilin sonuna əhalinin sayı 1 411 750 000 nəfər olub ki, bu da 2021-ci ilin sonundakı göstəricidən 850 min nəfər azdır. Son bir il ərzində ölkədə 9,56 milyon uşaq doğulub, 10,41 milyon insan dünyasını dəyişib.

Çin əhalisi sonuncu dəfə 1960-cı illərdə azalıb.

Hazırda rəsmi rəqəmlərə görə, ölkədə 722 milyon kişi və 689,7 milyon qadın yaşayır. Beləliklə, hər 100 qadına 104 kişi düşür.

Statistika eyni zamanda urbanizasiya səviyyəsinin artdığını göstərir.

Mənbə: China News