30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: Aİ Ermənistana müşahidə missiyası göndərəcək

17.01.2023

Avropa İttifaqı 1 aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiya 2 aylıq deyil, 2 illik müddətə göndəriləcək.

"DM" xəbər verir ki, bu barədə "Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.

Məlumata görə, missiya fevralın 20-də başlayacaq.

Bu gün məsələ Avropa İttifaqı səfirlərinin görüşündə müzakirə ediləcək, yekun qərar isə gələn həftə Aİ XİN başçılarının iclasında veriləcək.

Qərar ötən həftə Avropa Şurasının Siyasət və təhlükəsizlik komitəsi, həmçinin, müşahidə missiyaları ilə məşğul olan əsas orqan - Böhranlı idarəetmə üzrə mülki işlər komitəsi tərəfindən təsdiqlənib.

Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı, o cümlədən silahsız olacağı vurğulanır.