29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

" Ukraynanın məğlubiyyəti yeni Dünya Müharibəsini başlada bilər"

16.01.2023

"Ukraynanın Rusiya ilə müharibədə məğlubiyyəti Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Ona görə də Kiyevə yardımı bloklamaq, yaxud sonraya saxlamaq lazım deyil”.

"DM" "Unian"a istinadən xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski Berlinə səfəri zamanı deyib.

"30 illik liberal dünya 30 il sürən illüziya oldu. Qərbi Avropa rus ayısının əhliləşə biləcəyinə çox tez inandı”, - o bildirib.

Hökumət rəhbəri Almaniyanı Ukraynaya bütün növ silahlar verməkdə qətiyyətli olmağa səsləyib və Avropa ölkələrini yenidən Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdan çəkinməyə çağırıb.

"Rusiya ilə iş birliyi iblislə saziş imzalamaq kimi bir şeydir”, - Motavetski xatırladıb.