02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Stoltenberq Oleksiy Reznikovla görüşəcək

16.01.2023

NATO Baş katibi Yens Stoltenberq Ukrayna müdafiə naziri Oleksiy Reznikovla görüşəcək.

"DM" xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, NATO-nun Baş katibi Yens Stoltenberq yanvarın 20-də Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək.
İclas ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə keçiriləcək və burada Ukraynada davam edən böhran, NATO müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi müvafiq təhlükəsizlik məsələləri müzakirə olunacaq.

İclas çərçivəsində Baş katibin Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və digər yüksək vəzifəli şəxslərlə ikitərəfli görüşləri olacaq.