21 09 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Siciliya mafiyasının rəhbəri həbs edilib

16.01.2023

İtaliya polisi yanvarın 16-da həyata keçirdiyi əməliyyat nəticəsində Siciliya mafiyasının rəhbəri Matteo Messina Denaronu ələ keçirib.

"DM" xəbər verir ki, bu barədə "Agenzia Nova” nəşri məlumat yayıb.

Məlumata görə, mafiya rəhbəri Palermodakı klinikaların birində polis xüsusi təyinatlıları tərəfindən saxlanılıb.

"Matteo Messina Denaro həbs edildi. Asayiş güclərini, məhkəmə sistemini, hər gün sükutla ədaləti qorumaq üçün çalışan minlərlə insanı təbrik edirəm”, - İtaliya müdafiə naziri Qvido Krozetto bildirib.

İtaliya Baş nazirinin müavini Matteo Salvini Denaronun 30 ildir axtarışda olduğunu deyib.