07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşa prezidenti Almaniyadan reparasiya tələb etdi

28.10.2018

Polşa prezidenti Ancey Duda bəyan edib ki, Almaniyanın İkinci Dünya müharibəsi illərində ölkəyə vurduğu zərərə görə reparasiya ödəməsi məsələsinin qapadılmasını düşünmür.
Bu barədə "Dövran Media" "Bild am Sonntag”a istinadla xəbər verir.
"Düşünürəm ki, reparasiya ödənilməsi heç də qapanmış mövzu deyil”, - Duda deyib.
Onun sözlərinə əsasən, hələ prezident Lex Kaçinskinin hakimiyyəti dövründə verilmiş ekspert rəyləri Polşaya vurulmuş ziyanın həqiqətən də tam ödənilməməsi qənaətinə gəlməyə əsas verir.
"Parlamentin ekspertqqrupunun fəaliyyətinin ilkin nəticələri də bizə vurulan ziyanın tam ödənilmədiyini göstərir”, - Duda əlavə edib.
O qeyd edib ki, reparasiyaların ödənilməsi "vicdan və ədalət” məsələsidir.