06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cabbarlının ev muzeyinin damı bərpa olunub

16.01.2023

 Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin uçmuş dam örtüyü və muzeyi elektrik enerjisi ilə təmin edən xətlər bərpa edilib.

"DM" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova məlumat yayıb.

"Yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı. Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb”, - o bildirib.