25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Bakıda qatar avtomobillə toqquşub: Xəsarət alan var

16.01.2023

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"DM" APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.

Yük qatarı 1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlunun idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsini vurub.

Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.

Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.