02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İşğaldan azad edilmiş ərazilərdəki silah-sursat yığılaraq təhvil verilib - VİDEO

13.01.2023

Polis əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Tuğ kəndi ərazisində xidmətdə olarkən tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 1 qumabaraatan, 1 snayper tüfəngi, həmin silaha aid 37 patron, 1 əl qumbarası və 1800 ədəd müxtəlif çaplı patronlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər