29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə “Heydər Əliyev təqaüdü” təsis edilib

12.01.2023

"Palmali Holdinq” şirkəti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün "Heydər Əliyev təqaüdü” təsis edib.

Bu barədə "Palmali Holdinq”dən bildirilib.

"Türkiyənin müxtəlif ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr üçün Ulu öndər Heydər Əliyevin adını daşıyan təqaüdün güclü stimul olacağına əminik. Təqaüd təhsilində yüksək nəticə əldə etmiş tələbələrə veriləcək. Bu, eyni zamanda, Mübariz Qurbanoğlu Yardımlaşma Vəqfinin dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına məktəbdə təhsil alan azərbaycanlı şagirdlərə də aiddir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, "Palmali Holdinq” şirkətinin bütün gəmilərində "Heydər Əliyev guşəsi”nin yaradılmasına da qərar verilib.