28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vyanada ATƏT XİN başçılarının konfransı keçiriləcək

12.01.2023

Martda Vyanada ATƏT XİN başçılarının konfransı keçiriləcək.

"DM" xəbər verir ki, bu barədə ATƏT Baş katibi Helqa Şmit təşkilata 2023-cü ildə sədrlik edəcək Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ATƏT üzv ölkələrdə icmalarla birbaşa işləyir, korrupsiya ilə mübarizə üçün hökumətlərlə işləyir, ölkələr arasında dialoqu asanlaşdırmaq üçün vasitəçilik edir, sərhədlərin təhlükəsizliyi ilə bağlı işləyir.

"Bu kontekstdə mən bildirmək istərdim ki, martın 17-də biz Vyanada üzv ölkələrin XİN baçılarının iclasına ev sahibliyi edəcəyik. Bu iclasda biz bütün bu çağırışlar və problemlərin öhdəsindən daha yaxşı gəlmək üçün əməkdaşlıq yollarını müzakirə edəcəyik", ATƏT Baş katibi deyib.