29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gələn ay BMT-də Ukrayna ilə bağlı sülh sammiti keçiriləcək

12.01.2023

BMT Baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə Ukrayna sülh sammitinin fevralın 24-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilməsi planlaşdırılır.

"DM" xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar "Anadolu" agentliyinə müsahibəsində deyib.

"Sülhü sevməyən bir ölkəni sülh konfransına necə dəvət edərsiniz? Birincisi, bu, təbii deyil. İkincisi, bu, bütün fikrə (sülhlə bağlı) qarşı qəddar bir hərəkət olardı. Çünki sülhü pozan ölkə Rusiyadır və Ukraynanın torpaqlarının işğalı ilə müharibəni davam etdirmək istəyir”, - deyə Bodnar Rusiyanın bu zirvə toplantısında iştirak etməyəcəyi ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.

Sülhün Moskva administrasiyası tərəfindən pozulduğunu deyən Bodnar, Rusiyanın Ukraynada İkinci Dünya müharibəsində nasistlərin etdikləri kimi, soyqırımı törətməkdə olduğunu iddia edib.

Sülhə ümid etdiyinə diqqət çəkən Bodnar bunun Rusiya qüvvələrinin Ukrayna ərazisindən tamamilə çıxarılması və dünyanın Moskvaya hərbi fəaliyyətlərindən əl çəkməsi üçün təzyiq göstərməsi ilə mümkün olacağını vurğulayıb: "Bu, qurtuluş və müstəqillik savaşıdır. Biz torpaqlarımızı azad etməliyik, ərazi bütövlüyümüzü bərpa etməliyik, suveren torpaqlarımızda suveren hüquqlarımızı bərqərar etməliyik. Bu, bütün müharibənin əsas elementidir”.