09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək

12.01.2023

"Media subyektlərinin reyestrə müraciət etməsi üçün düşünmürəm ki, az müddət qalıb”.

"DM" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, hələ xeyli vaxt var: "Məqsəd media subyektlərinin özlərini bəyan etməkləridirsə, düşünürəm ki, bu müddət ərzində edə bilərlər. Media reyestrində qeydiyyatdan keçməyən media subyektləri məhkəməyə veriləcək. Onların fəaliyyətini davam etdirməsi, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq”.