30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İcbari Sığorta Bürosunun sədr müavini istefa verib

12.01.2023

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini Azər Əliyev istefa verib.

Bu barədə Azər Əliyev özü məlumat verib. O qeyd edib ki, "Atəşgah” Sığorta Şirkəti ilə yanaşı, həm İcbari Sığorta Bürosunundakı vəzifəsindən, həm də Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Azər Əliyev 2008-2015-ci illərdə "Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra edib. O, həmçinin 2017-ci ildən yenidən "Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıtmış, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.