30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya çempionu öz silahı ilə güllələnib - FOTO

12.01.2023

Atıcılıq üzrə dünya çempionu Xorxe Ballesteros öz silahı ilə öldürülüb.

39 yaşlı ispan Madriddə ticarət mərkəzində şəxsi avtomobilində başından güllə yarası ilə tapılıb.

Ballesteros uşaqlıqdan cüdo, karate, atletika, futzal, basketbol, ​​fronton və stolüstü tennis də daxil olmaqla bir çox idman növü ilə məşğul olub. Bununla belə, o, diqqətini atıcılığa yönəldib. Artıq 18 yaşında Ballesteros milli çempionatda iştirak edib qalib gələrək ölkədə bu titulu qazanan ən gənc atıcı olub.

2013-cü ildə Barseluşda (Portuqaliya) ispaniyalı idmançı karyerasında ilk dəfə Avropanın mütləq çempionu olub və üç il sonra bu titulu təsdiqləyib. 2017-ci ildə dünya çempionu olmağı bacarıb.

Ballesteros evil idi, iki azyaşlı uşağı qalıb.

Mənbə: Gazeta.ru