01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qafqazdakı problemlər həllini tapır"

11.01.2023

"Taxıl dəhlizi” və əsir mübadiləsinə şərait yaratmaqla qida və eneji böhranının azalmasına töhfə veririk”.

"DM”-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 11-də Ankarada Beynəlxalq Ombudsmanlıq Konfransında çıxışı zamanı deyib.

O, bu məsələlərlə bağlı Rusiyanın dövlət başçısı Vladimir Putinlə apardığı danışıqlara da toxunub: "Putin xahiş edib ki, taxıl varlı Avropa ölkələrinə yox, kasıb ölkələrə daşınsın. Düzü, mən də bununla razılaşdım. Beləliklə, proses başladı. İndi də yaralılar üçün humanitar dəhlizin açılmaısnı istəyirik”.

R.T.Ərdoğanın sözlərinə görə, Azərbaycan və Liviyada yaralananların müalicəsi də Türkiyədə olub: "Bu bizim vəzifəmizdir”.

Türkiyə lideri onu da bildirib ki, Qafqazdakı problemlər həllini tapır.