03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya MN: Soledar şəhəri mühasirəyə alınıb

11.01.2023

Ukraynanın Soledar şəhəri Rusiya ordusu tərəfindən bloklanıb.

"DM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Soledar Rusiya hava-desant qoşunları tərəfindən şimaldan və cənubdan bloklanıb, aviasiya düşmənin dayaq məntəqələrinə zərbələr endirir, hücum dəstələri şəhərdə döyüş aparır”, - Rusiya MN-in məlumatında qeyd olunub.

Qeyd edək ki, dünən gecə Rusiyanın "Vaqner" özəl hərbi təşkilatı Soledara nəzarəti ələ keçirdiyini açıqlayıb. Təşkilatın qurucusu Yevgeni Priqojin Soledara hücumda "Vaqner"dən başqa heç bir bölmənin iştirak etmədiyini açıqlayıb.

Rusiya MN isə yaydığı məlumatda Soledara hücumda Hava Desant Qoşunlarının iştirak etdiyini bildirib.