07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya müharibəyə hazırlaşır

27.10.2018

Rusiya Amerika Birləşmiş Ştatları ilə müdafiə xarakterli müharibəyə hazırlaşır.
"Dövran Media"nın məlumatına görə, bunu Rusiya XİN-nin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentin rəhbərinin müavini Andrey Belousov BMT Baş Assambleyasının komitəsinin iclasında bəyan edib.
"ABŞ burada bəyan edib ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, Rusiya müharibəyə hazırlaşır, mən bunu təsdiqləyirəm”, - Belousov BMT-nin Moskva tərəfindən irəli sürülən orta və yaxın mənzilli raketlərin ləğvinə dair Rusiya-ABŞ müqaviləsinin dəstəklənməsinə dair qətnamə layihəsinin əleyhinə səs verməsinin ardınca bəyan edib.
O qeyd edib ki, rəsmi Moskva ölkənin ərazi bütövlüyünü, prinsiplərini və əhalisini qoruyacaq.
Belousov əlavə edib ki, Rusiya və ABŞ arasında böyük fərq var.
"Bu fərq bir sözlə ifadə edilir, həm rus, həm də ingilis dilində: Rusiya Federasiyası müharibəyə hazırlaşır, ABŞ isə müharibəni hazırlayır”, - o qeyd edib.