05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu iki dövlət fevralda birgə nüvə təlimləri keçirəcək

11.01.2023

Cənubi Koreya və ABŞ hərbçiləri fevralda komanda-qərargah təlimləri keçirməyi planlaşdırır.

"DM” TASS-a istinadən xəbər verir ki, bu barədə Koreyanın Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimdə nüvə silahından istifadə ilə bağlı məşqlər keçiriləcək.

Məlumata görə, fevralın ikinci yarısında ABŞ-da komanda-qərargah təlimləri keçiriləcək. Bildirilib ki, Cənubi Koreyanın nümayəndə heyətinə müdafiə nazirinin müavini rəhbərlik edəcək.

Eyni zamanda vurğulanıb ki, müttəfiqlər bu yaz ilk dəfə olaraq 11 gün ərzində fasiləsiz "Azadlıq qalxanı” təlimləri keçirməyi planlaşdırır. Əvvəllər ABŞ və Cənubi Koreya hərbçiləri təlimlərlə bağlı qısa fasilə vermişdilər.

Bildirilib ki, Seul və Vaşinqton 2023-cü ilin birinci yarısında ümumilikdə təxminən 20 çöl təlimi keçirməyi planlaşdırır.