05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ATƏT-in sədri Bakıya səfər edəcək

11.01.2023

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə ayrı-ayrılıqda telefon danışığı olub.

"DM" xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat verilib.

Məlumata görə, telefon danışıqları zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib, Laçın dəhlizinə xüsusi diqqət yetirilib.

ATƏT-in fəaliyyətdə olan sədri bütün tərəfləri gərginliyi azaltmağa, konstruktiv və məhsuldar dialoqa başlamağa çağırıb.

O qeyd edib ki, ATƏT-in səyi çərçivəsində Ermənistan və Azərbaycan arasında etimadın yaradılması və münasibətlərin normallaşdırılmasına yönəlmiş tədbirlər gərginliyin aradan qaldırılması üçün əsas elementdir. Bu kontekstdə Osmani gərginliyin azaldılmasına kömək etmək və davamlı sülhə nail olmaq üçün səylərə töhfə vermək üçün prosesdə şəxsən iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib. O, yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcəyini də bildirib.