07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev Türkiyəyə gedir

27.10.2018

Azərbaycan Prezident İlham Əliyev oktyabrın 29-da Türkiyəyə səfər edəcək.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyənin "Axşam” qəzeti məlumat yayıb.
İlham Əliyev İstanbulda yeni hava limanının açılışında iştirak edəcək. Əliyevlə bərabər tədbirə Albaniya Prezidenti İlir Meta, Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Tani, Qırğızıstan Prezidenti Soronbay Jeenbekov, Kosova Prezidenti Haşim Taçi, Şimali Kipr Prezidenti Mustafa Akıncı, Makedoniya Prezidenti Georgi İvanov, Moldova Prezidenti İqor Dodon, Pakistan Prezidenti Arif Alvi, Serbiya Prezidenti Aleksandr Vuçiç, Sudan Prezidenti Ömər Həsən əl Bəşir, Bosniya Hersoqovina Baş naziri Denis Zvizdiç, Bolqarıstan Baş naziri Boyko Borisov qatılacaq.
Qeyd edək ki, açılış mərasiminə ümumilikdə 8 min insan dəvət edilib.