05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikol: Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur

10.01.2023

Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın.

"DM" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O xatırladıb ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birilərinin ərazi bütövlüyünün tanınması barədə razılıq əldə ediblər.

Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya nizamı uğrunda böyük mübarizə gedir:

"Və bu yeni dünya nizamında biz sülh üçün gündəm seçirik”.