Moskvada avtoservis anbarında güclü yanğın baş verib 
    
                          
     
                         10.01.2023
 
    
                        					Moskvanın şimal-şərqində yerləşən avtoservis anbarında yanğın baş verib.
"DM"-nın  məlumatına görə, Dmtirovskaya metro stansiyasının yaxınlığında baş verən yanğının sahəsi 2 min kvadratmetrə çatıb.
Yanğının baş verdiyi binanın damı çöküb.
Yaxınlıqda yerləşən binalardan 230 nəfər təxliyə olunub.