04 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÜST Çindəki COVID epidemiyasından Avropa regionu üçün təhdid görmür

10.01.2023

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa ofisi Çindəki COVID-19 epidemiyasından Avropa regionu üçün birbaşa təhdid görmür, lakin daha çox informasiyaya ehtiyac var.

"DM" xəbər verir ki, bunu ÜST-ün Avropa ofisinin rəhbəri Hans Klüge keçirdiyi brifinqdə deyib. Bununla belə o, arxayın olmamağa çağırıb.

Qeyd edək ki, artıq bir sıra ölkələr Çindən gələn ziyarətçilərin COVID-19 testindən keçməsini tələb edir. Avstraliya və Kanada Çindən gələn səyahətçilərin uçuşdan öncə test verməsini tələb edir. ABŞ, Hindistan, Yaponiya, Cənubi Koreya və bir sıra Avropa ölkələri də Çindən gələn səyahətçilərə bir sıra səyahət tədbirlərinin tətbiq ediləcəyini bəyan edib.