04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

17 yaşlı qızı maşınla öldürüb qaçan sürücü tutulub

10.01.2023

Bir neçə gün əvvəl Abşeron rayonu Saray qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı naməlum sürücü idarə etdiyi "Mercedes” markalı avtomobillə əvvəlcə kişi piyadanı, daha sonra isə yetkinlik yaşına çatmayan bir qızı vurub.

DIN-in mətbuat xidmətindən  verilən xəbərə görə, xəsarət alan birinci piyada xəstəxayana yerləşdirilib, amma yetkinlik yaşına çatmayan şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü qəzadan sonra piyadalara heç bir köməklik etmədən hadisə yerindən uzaqlaşıb.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü Qafarxan Qafarov tutularaq istintaqa təqdim edilib.

Faktla bağlı Qafarxan Qafarov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.