04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO və Aİ arasında birgə bəyannamə imzalanıb

10.01.2023

NATO və Avropa İttifaqı(Aİ) arasında əməkdaşlıq barədə birgə bəyannamə imzalanıb.

"DM" xəbər verir ki, Brüsseldə NATO Baş katibi Yens Stoltenebrq, Aİ Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO - Aİ arasında əməkdaşlıq barədə üçüncü birgə bəyannaməni imzalayıb.

"Brüssels Times"in məlumatına görə bəyannamə ilə bağlı ortaq bəyanatda bildirilib ki, "bu, Avro-Atlantik təhlükəsizlik və sabitlik üçün əsas mərhələdir, transatlantik əlaqələrin əhəmiyyətini həmişəkindən daha çox nümayiş etdirir, Aİ-NATO əməkdaşlığının daha da yaxınlaşmasına çağırış edir".

Bəyannamədə Rusiyadan başqa, həm NATO, həm də Aİ-nin "üzləşməli olduğu” "çağırışlar” kimi "Çinin artan inadkarlığı və siyasəti” də açıq şəkildə qeyd olunub.

Qeyd edək ki, NATO və Aİ arasında ilk birgə bəyannamə 2018-ci ildə imzalanıb.