04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskva və Tehran Rəşt-Astara dəmir yolu ilə bağlı danışıqlar aparıblar

10.01.2023

Rusiya və İran nümayəndələri Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması ilə bağlı danışıqlar aparıblar.

Bu barədə İranın nəqliyyat və şəhərsalma nazirinin nəqliyyat üzrə müavini Şəhriyar Əfəndizadə bildirib.

"İran Rusiyanın Rəşt-Astara dəmir yolu layihəsində necə iştirak edəcəyini və sərmayə qoyacağını müəyyən etmək üçün təklif etdiyi 16 maddədən ibarət memorandumunu təqdim edib”, - o deyib.

Əfəndizadə qeyd edib ki, Moskva maliyyə yardımı vasitəsilə Rəşt-Astara dəmir yolunun tamamlanmasında iştirak etməkdə maraqlıdır.

O vurğulayıb ki, bununla bağlı Rusiya-İran memorandumu təklif edilib, həmçinin üç ölkənin nazirlərinin birgə bəyanatından sonra Rusiya, Azərbaycan və İran arasında üçtərəfli memorandum imzalanıb.

"İran Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılmasında iştirak etmək üçün Moskva, həmçinin Bakı ilə danışıqlar aparsa da, Rusiyanın bu işdə iştirak edib-etməməsindən asılı olmayaraq, ölkə layihəni başa çatdıracaq”, - deyə rəsmi bildirib.

Mənbə: IRNA