04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Boz qurd” ləqəbli azərbaycanlı Ukraynada Rusiya tankını ələ keçirib- VİDEO

10.01.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə hava həyəcanı xəbərdarlıqları artır. Yanvarın ikinci yarısında növbəti kütləvi raket hücumlarının olacağı deyilir.

Həmçinin qeyd edilib ki, Ukrayna Ordusunun Luqansk və Donetsk istiqamətində irəlilədiyi deyilir. Baxmut şəhəri ətrafındakı qəsəbələrin azad olunduğu haqqında məlumatlar var.

O da bildirilib ki, Ukrayna Ordusunun "Boz qurd” ləqəbli azərbaycanlı baş leytenantı Yeni il ərəfəsində Xersonda Rusiya Ordusuna məxsus tankı ələ keçirərək ekipajını əsir götürüb.

"Onun ləqəbi "Boz qurd”dur. Təhlükəsizlik məqsədilə adı açıqlanmayan həmyerlimiz hərbi rəhbərlik tərəfindən mükafatlandırılıb”, - deyə M.Aslanov əlavə edib.