Paşinyan Laçın yolundakı vəziyyətlə bağlı açıqlama verib  
    
                          
     
                         10.01.2023
 
    
                        Biz tərəfdaşlarımızla ultimatum dilində danışmalı deyilik.
"DM" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Vəziyyət ictimaiyyətə açıqlanıb, lazımi qiymət də verilib. Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”, - Paşinyan vurğulayıb.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 30 gündür davam edir.