28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölən polislərdən biri Mehdiyevin qohumu imiş

10.01.2023

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

"DM" Qaynarinfo.az-a istinadən xəbər verir ki, vəfat edən polislərdən biri - 35 yaşlı Elmir Əsgərov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA sabiq prezidenti Ramiz Mehdiyevin toy qalmaqalına görə həbs olunan kürəkəni İlham Əliyevin yaxın qohumudur.

Qeyd edək ki, Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.