28 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarlı havada respublika yollarında qəzalar baş verib

10.01.2023

Kəskin hava şəraiti ilə əlaqədar olaraq qar yağması və buzlaşma səbəbindən respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

"Təəssüflər olsun ki, qeydə alınan qəzalarda 3 nəfər də həyatını itirib”.

"Biz bir daha bütün sürücülərdən xahiş edirik ki, mövcud hava və yol şəraitini düzgün qiymətləndirsinlər. Nasaz nəqliyyat vasitələri ilə (xüsusən əyləc sistemi və şinlərə nəzarət edilsin) yola çıxmasınlar. Yollarda sürət həddini minimuma endirsinlər və zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər”,- deyə R.Tağıyev qeyd edib.